17.11.2023-cü il tarixində Bakı şəhəri 73 nömrəli tam orta məktəbdə Pedaqoji şuranın növbəti iclası keçirildi.

 

17 noyabr 2023-cü il tarixdə məktəbdə pedaqoji şuranın növbəti iclası kecirildi. İclasın keçirilməsində əsas məqsəd məktəb sənədlərinin qaydaya salınması, jurnalların mövcud qaydalara uyğun yazılması, ümumilikdə qarşıda duran vəzifələrin icrası və müvafiq məsələlərlə bağlı kollegial qərarların qəbul edilməsi olmuşdur.

Məktəbin direktoru Şəhanə Əhmədova çıxış edərək məktəb və siniflər üzrə keyfiyyət faizi, həmçinin IX sinif şagirdlərinin monitorinqlərinin nəticələri haqqında ətraflı məlumat verdi. Toplantıda qeyd edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib, aidiyyəti tapşırıqlar verilib və müəllimləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi