73 nömrəli məktəbdə Məktəbin İnkişaf Planının icrası prosesinin izlənilməsi məqsədilə görüş keçirilib.

73 nömrəli məktəbdə Məktəbin İnkişaf Planının icrası prosesinin izlənilməsi məqsədilə görüş keçirilib.

Təlimə Dəstək Mərkəzinin əməkdaşları illik fəaliyyət planına uyğun olaraq, Nərimanov rayonu 73 nömrəli tam orta məktəbdə Məktəbin İnkişaf Planının icrası çərçivəsində nəzərdə tutulan fəaliyyətlər istiqamətində məktəbə dəstək olmaq məqsədilə idarəetmə heyəti və pedaqoji heyət üzvləri ilə görüş keçirmişlər. Tədrisin idarə olunması bölməsinin rəhbəri Könül Səfərova məqsəd və hədəflərə çatmaq istiqamətində icra edilən fəaliyyətləri izləmək məqsədilə tədris müəssisəsində metodbirləşmə rəhbərləri ilə dərs müşahidələri aparmış, tədris-pedaqoji sənədlərə baxış keçirmişdir. Müəllimlər, metodbirləşmə rəhbərləri və məktəbin direktoru da daxil olmaqla dinlənilən dərslər və inkişafa ehtiyacı olan tərəflər müzakirə edilmişdir. Məktəbdə həmçinin, Təlimə Dəstək Mərkəzinin Psixoloji xidmət bölməsinin rəhbəri Səidə Əhmədova məktəb psixoloqunun sənədlərinə baxış keçirmiş və tövsiyələrini vermişdir. Eyni zamanda, o, təhlükəsiz və sağlam psixoloji öyrənmə mühitinin təmin edilməsi ilə bağlı müəllimlərlə söhbət aparmış, onların suallarını cavablandırmışdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi