"Bütöv torpaq bütöv candır, bu can Azərbaycandır!" adlı tədbir keçirildi

"Bütöv torpaq bütöv candır, bu can Azərbaycandır!" adlı tədbir keçirildi

Məktəbimizdə "8 Noyabr-Zəfər Günü"nə həsr olunmuş "Bütöv torpaq bütöv candır, bu can Azərbaycandır!" adlı möhtəşəm tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Şəhanə Əhmədova açdı. O, çıxışında qeyd etdi ki, bu gün hər bir azərbaycanlı dünyanın istənilən ölkəsində qürurla, qalib ölkənin vətəndaşı olaraq gəzir. Bu zəfəri xalqımıza Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu yaşatdı. Bu qələbə yüz illər keçsə belə unudulmayacaq.

Məktəbin Azərbaycan dili müəllimi Samirə Sadıqovanın təşkilatçılığı ilə istedadlı şagirdlərimiz Şanlı Zəfərimizə həsr olunmuş mahnılar, şeirlər, rəqslər nümayiş etdirdilər.

Tədbirin sonunda məktəbin direktoru Şəhanə xanım Əhmədova qarşıdan gələn Zəfər Günü münasibətilə hər kəsi təbrik etdi, bu zəfəri bizə yaşadan şəhidlərimizi hörmətlə anıb, qazilərimizə sağlam və firəvan həyat arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi