I SİNİF ŞAGİRDLƏRİNİN SOSİAL-PSİXOLOJİ VƏZİYYƏTİNİN VƏ MƏKTƏBƏHAZIRLIQ SƏVİYYƏSİNİN DİAQNOSTİKASI

I sinif şagirdlərinin intellektual səviyyəsini müəyyənləşdirmək məqsədilə "Kern-Yerasik" , “Qrafik imla” metodikasının tətbiqi ilə məktəbin psixoloqu Lalə İsmayılova tərəfindən məktəb kamilliyinin oriyentasiyası testi keçirilib.

Şagirdlərin yerinə yetirdikləri tapşırıqlarda öz düşüncələrinə uyğun olaraq insan şəklinin çəkilməsi, nöqtələrin və cümlənin düzgün köçürülməsi bacarıqları yoxlanılıb. Testin keçirilməsində məqsəd şagirdlərin intellektual inkişafı, dinləmə, anlama, görsəl yaddaş, kiçik motor bacarıqlarının, əl-göz koordinasiyasının, düşünmə bacarıqlarının öyrənilməsi, təlimdə geri qalan şagirdlərin aşkarlanıb dəstək olunmasından ibarətdir.

Həmçinin valideynlər tərəfindən anket sorğu işlənilib, psixoloji xəritələrin hazırlanması başa çatdı .

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi