“ Mən və mənim əhatəm” mövzusunda məşğələ təşkil edilmişdir .

Reproduktiv sağlamlıq mövzusunda maarifləndirici tədbirlərimiz davam edir. Reproduktiv sağlamlığın qorunması və mühafizəsi, sağlam ailələrin və ailə münasibətlərinin formalaşması bu günün aktual məsələlərdən biridir. Cinsi və reproduktiv sağlamlıq hüquqları sağlamlıq, ləyaqət və digər insan hüquqlarından istifadə üçün zəruridir.19 oktyabr 2023 -cü il tarixdə məktəbin psixoloqu tərəfindən VIII sinfin şagirdləri ilə “ Mən və mənim əhatəm” mövzusunda məşğələ təşkil edilmişdir. Dostluğun seçici xarakter daşıması , əhatədə olan insanların düzgün seçilməsi, yeniyetmə oğlan və qızlar arasında ünsiyyət və münasibətin yoldaşlıq zəminində qurulması mövzusu müzakirə olunmuşdur.Şagirdlərlə kiçik oyun keçirilib və sonda şagirdlərin sualları cavablandırılmışdır.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi