73 nömrəli tam orta məktəbdə “Zəfərə gedən yol”adlı tədbir keçirildi

"27 sentyabr – Anım Günü" ilə bağlı Nərimanov rayonu 73 nömrəli tam orta məktəbdə “Zəfərə gedən yol”adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Şəhanə Əhmədova Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun düşmənə sarsıdıcı zərbələr vurmasından, işğal altında saxlanan torpaqlarımızın azad olunmasından bəhs etdi. 27 sentyabr –Anım Gününün əhəmiyyətindən danışan direktor Vətən müharibəsində şəhid olan igidlərimizin ruhunu dərin hörmət və ehtiramla andığını, onların ruhu qarşısında baş əydiyini və torpaq uğurunda canından keçən şəhidlərimizin xatirəsini yaşatmaq hər birimizin borcu olduğunu bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi