20 Yanvar faciəsinə həsr edilmiş tədbirlər haqqında

20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar məktəbdə bir sıra tədbirlər həyata keçirildi. Belə ki, ilk öncə II və VII sinif şagirdlərinin "Şəhidlər xiyabanına" ziyarəti təşkil edildi. Yanvarın 19-da məktəbin bütün siniflərində ilk dərslər 20 Yanvar faciəsinə həsr edildi. Eyni zamanda məktəbin akt zalında və koridorda Ümumxalq hüzn gününə aid foto - stendlər nümayiş etdirildi. Məktəbdə 20 Yanvar - Ümumxalq hüzn günü ilə əlaqədar anım mərasimi keçirildi. Mərasimdə 20 Yanvar faciəsini əks etdirən video çarxlar nümayiş etdirildi, şeirlər söylənildi. Sonda məktəbimizin direktoru Fizuli Həsənov çıxış edərək 20 Yanvar faciəsinin tarixi haqqında şagirdlərə geniş məlumat verdi.