73 saylı tam orta məktəbdə “Son zəng - Heydər Əliyev ili” adlı tədbir keçirildi.
14 iyun 2023-cü il tarixində Bakı şəhəri Nərimanov rayonu 73 saylı tam orta məktəbdə “Son zəng - Heydər Əliyev ili” adlı tədbir keçirildi.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi və tədbir açıq elan olundu.
Daha sonra məktəbin məzunları bir-birindən maraqlı çıxışları ilə çıxış etdilər. Məktəbin direktoru Füzuli Həsənov öz çıxışında “Heydər Əliyev ili” məzunlarını təbrik edərək,onlara gələcək həyatlarında uğurlar arzu etdi.
Məzun adını qazanan bütün on birinciləri bir daha ürəkdən təbrik edir, gələcək həyat yolunda uğurlar arzu edirik. Yolunuz açıq olsun!