Tarix yazan Sərkərdə adlı tədbir kecirildi

Heydər Əliyev dövrünün ən qüdrətli tarixi şəxsiyyətidir. O, həmişə hadisələri öz nəzarətində saxlayan, ona istiqamət verən şəxsiyyətlərdəndir. Daxilində vətən, xalq sevgisi çağlayan bu insan, bütün əmək fəaliyyəti boyu milli dəyərlərə sayğı ilə yanaşmış, mövcud reallıqlara baxmayaraq, həmişə müstəqilliyimizi düşünmüşdür.

Yenilməz, tədbirli sərkərdə, dünyanı parlaq zəkası ilə heyrətə salan dahi şəxsiyyət Heydər Əliyev öz xüsusiyyətlərinə görə, tarixdə xüsusi bir iz qoymuşdur.

10 may tarixində məktəbin tarix müəllimi İlahə Kərimli Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş " Tarix yazan sərkərdə" adlı tədbir təşkil etdi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və 5 c sinif şagirdləri iştirak etdilər. Şagirdlər Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən söhbət açdılar. Şeirlər söyləyib, mahnılar səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi