Xalqın inamını doğruldan müdrik rəhbər adlı dərs keçirildi
Xalqın inamını doğruldan müdrik rəhbər adlı dərs keçirildi
Məktəbin Azərbaycan dili müəllimi Əliyeva Sveta "Heydər Əliyev ili" çərçivəsində tədbirlər planına uyğun olaraq 5 "b" sinfində "Xalqın inamını doğruldan müdrik rəhbər" adlı dərs təşkil etdi. Dərsdə Heydər Əliyevin şərəfli həyat yolunu,aforizmlərini əks etdirən video görüntü nümayiş etdirildi. Daha sonra dərsin mövzusuna uyğun olaraq "Tanrının hədiyyəsi" adlı mətn üzrə tapşırıqlar icra edildi.
Şagirdlərə aydın oldu ki, Ümummili liderimiz, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev ömrünü xalqa həsr etmiş dahi şəxsiyyətdir.