"Heydər Əliyev" ili çərçivəsində "Müstəqilliyimizin memarı" adlı dərs keçirildi
"Heydər Əliyev" ili çərçivəsində "Müstəqilliyimizin memarı" adlı dərs keçirildi
08.05.2023-cü il tarixində 5"c" sinfində məktəbin tarix müəllimi Kərimli İlahə "Heydər Əliyev ili" çərçivəsində tədbirlər planına uyğun olaraq Ulu Öndərin ömür yoluna həsr olunmuş “Müstəqilliyimizin memarı” adlı dərs keçdi. Müəllim Ulu Öndərin Azərbaycanın müstəqillik tarixində əvəzolunmaz fəaliyyətləri haqqında şagirdlərə geniş məlumat verdi. Şagirdlərə izah olundu ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarıdır.
Daha sonra şagirdlər Heydər Əliyev Mərkəzinə virtual ekskursiya etdilər. Onlar böyük maraqla videoçarxı izlədilər.