Faşizm üzərində Qələbə Günü ilə əlaqəli tədbir keçirilib

Faşizm üzərində Qələbə Günü ilə əlaqəli tədbir keçirilib

8 may 2023-cü il tarixində məktəbdə 9 May - faşizm üzərində Qələbə Gününün 78-ci ildönümü münasibətilə tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirlməsi ilə tədbir açıq elan olunub. Şagridlər vətənpərvərlik ruhunda şeirlər söyləyib, mahnılar ifa edib, səhnəciklər nümayiş etdiriblər. Nümayiş etdirilən səhnəciklərdə 1941-1945-ci illərdə Azərbaycan xalqının istər ön, istərsə də arxa cəbhədədəki misilsiz fədakarlıqları əks etdirilib. Daha sonra aparıcılar, gənc nəslin babalarımızın onlar üçün miras qoyduğu qəhrəmanlıq yolunu layiqincə davam etdirmələrindən bəhs edib.

Tədbirin sonunda məktəbin direktoru Füzuli Həsənov çıxış edərək 9 May - faşizm üzərində Qələbə Günü haqqında danışıb və tədbirin təşkil olunmasında əməyi keçən müəllim və şagirdlərə minnətdarlığını bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi