"Narkomaniyaya "yox" deyək" adlı "dəyirmi masa" təşkil edildi
"Narkomaniyaya "yox" deyək" adlı "dəyirmi masa" təşkil edildi
11 aprel 2023-cü il tarixində biologiya müəllimi İbrahimova Gülnarə lX "B" sinif şagirdlərinin iştirakı ilə "Narkomaniyaya "yox" deyək" adlı "dəyirmi masa" təşkil etdi.
Keçirilən "dəyirmi masa"da şagirdlər narkomaniya, onu doğuran səbəblər, narkotik vasitələrin insan orqanizminə vurduğu ziyan haqqında topladıqları məlumatları təqdim etdilər.
Daha sonra məktəbin direktoru Füzuli Həsənov çıxış edərək şagirdlərə narkotik bəlasından uzaq olmağı, ətrafındakıları da bu bəladan qorumağı, düzgün və sağlam həyat tərzi yaşamağı tövsiyə etdi. O qeyd etdi ki, biz gələcəyimizi sağlam görmək istəyirik.