31 Mart -Azərbaycanlıların Soyqırımı Günü
31.03.2023-cü il tarixində məktəbdə 7 a sinif şagirdlərinin iştirakı ilə 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq tdbir keçirildi.Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.Soyqırıma məruz qalmış qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə məktəbin direktoru Füzuli Həsənov çıxış edərək erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırım haqqında məlumat verdi.Məktəbdə ilk dərslər 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olundu.