"Sözün,səsin rəngi Xocalı"adlı tədbir keçirildi.
"Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı"na əsasən ümumi məktəb səviyyəsində "Sözün,səsin rəngi Xocalı"adlı tədbir keçirildi.İlk öncə məktəb direktoru Füzuli Həsənov çıxış etdi.Qarabağ müharibəsində,Xocalı soyqırımında şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Daha sonra şagirdlərin iştirakı ilə kompozisiyalar nümayiş etdirildi,şeirlər səsləndirildi.