"Müstəqilliyə yol açan şərəf və qəhrəmanlıq tariximiz
19.01.2023-cü il tarixində məktəbdə 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olinmuş "Müstəqilliyə yol açan şərəf və qəhrəmanlıq tariximiz"adlı tədbir keçirildi.Tədbir şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.Tədbirdə şagirdlərin ifasında vətənpərvər şeirlər,mahnılar səsləndirildi,səhnəcik nümayiş etdirildi.