YUBİLEY TƏBRİKİ
Əsrlər boyu xalqımızın şərəfli missiya daşıyıcıları olan müəllimlər tərəqqiyə,inkişafa,milli rifaha zəmin yaradıb,gələcəyin yolunu müəyyən ediblər.Müəllim sözü həmişə kamillik,ləyaqət,bütövlük simvolu kimi mənəvi keyfiyyətləri ifadə edib və bu dəyərlərin işığında yetişən nəsillər hər zaman öz layiqli müəllimlərinə bənzəməyə çalışıblar.
Məktəb rəhbərliyi də daim müəllimlərin fəaliyyətini qiymətləndirir.Yubiley yaşı tamam olan müəllimlərimizi diqqətdə saxlayır.