Yeni Azərbaycan Partiyasının 30 illiyi
Müstəqil Azərbaycan dövlətinin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası 30 il əvvəl dövlətçiliyimizin bərpasının ilk vaxtlarında-ölkənin çətin,mürəkkəb vəziyyətdə olduğu günlərdə yaranmışdır.
1980-ci illərin sonlarında və 1990-cı illərin əvvəlində həm SSRİ miqyasında həm də respublikamızda baş verən hadisələr Azərbaycanın olduqca mürəkkəb vəziyyətlə qarşılaşmasına səbəb olmuşdu.Respublikada ictimai-siyasi böhranın,iqtisadi tənəzzülün,vətəndaş qarşıdurmasının baş verməsi,Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi,və bir sıra mənfi proseslər müstəqilliyin itirilməsi təhlükəsini yaratmışdı.Azərbaycanı belə bir vəziyyətdən,xaos və böhrandan xilas etməyin yeganə yolu təcrübəli bir liderin ətrafında milli birliyin təmin edilməsindən keçirdi.Xalqın inam və etimad etdiyi şəxs bəlli idi.Hər kəs ümidini zəngin dövlətçilik təcrübəsinə malik olan,həmişə Vətənin ali mənafeyini və milli maraqları rəhbər tutan liderə-dahi şəxsiyyət Heydər Əliyevə bağlamışdı.
1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı Heydər Əliyevə müraciət edərək YAP-ın yaradılmasını təklif etdi.Heydər Əliyev həmin müraciətə cavab olaraq YAP-ın yaradılmasına və partiyaya rəhbərlik etməyə razılıq verdi.Beləliklə,30 il əvvəl-1992-ci il noyabrın 21-də xalqın iradəsi ilə güclü lider ətrafında YAP-ın yaradılması nəinki müstəqillik hətta müasir dövlətçilik tariximizin həlledici anı və dönüş nöqtəsi oldu.YAP 1993-2003-cü illərdə Heydər Əliyevin rəhbərliyi və xalqın dəstəyi ilə ictimai-siyasi sabitliyin iqtisadi inkişafın təmin olunması,dövlətçiliyin möhkəmlənməsi milli maraqların qorunması dövlətimizin beynəlxalq mövqeyinin güclənməsi istiqamətində mühüm işlər gördü və tarixi nailiyyətlərə imza atdı.Ulu öndər Heydər Əliyev ən əsası siyasi varisliyi təmin etməklə,Azərbaycan dövlətini müstəqil,milli maraqlara və milli-mənəvi dəyərlərə,xalqın ali iradəsinə əsaslanan siyasəti ilə zirvələrə daşıyacaq lider yetişdirməklə,dövlətçilik tariximizdə ən böyük xidmətlərindən birini göstərdi.İlham Əliyev 2003-cü ildə Prezident,2005-ci ildə isə Yeni Azərbaycan Partiyasının sədri seçilməsindən sonra həm partiyamızın həyatında həm də Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələ başladı.Həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın qüdrətinin və beynəlxalq nüfuzunun artmasını,dünya siyasi arenasında mövqeyinin güclənməsini milli həmrəyliyin möhkəmlənməsini təmin edir.Ən əsası Prezident Müzəffər Ali Baş Komandan,YAP-ımızın sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən Müharibəsində möhtəşəm qələbə qazanaraq ərazi bütövlüyünün,tarixi ədalətin və xalqımızın milli qürurunun bərpasına nail oldu.Bu tarixi zəfər nəticəsində həm ölkəmizin,həm də bütövlükdə regionda yeni çağırışlar və reallıqlar yaranıb.Azərbaycanın aparıcı qüvvəsi olan YAP -sı da öz fəaliyyətini məhz bu reallıqlar əsasında qurur.Artıq 30 illiyini qeyd etdiyimiz YAP-ın siyasi fəaliyyəti haqqında ümumiləşdirilmiş fikir söyləməyə çalışsaq,ağlımıza gələn ilk fikir,belə olar ki,YAP ümumxalq partiyasıdır.Bir siyasi təşkilat üçün bundan daha yüksək qiymət ola bilməz.Keçdiyi siyasi həyat yolunda əldə etdiyi qələbələrlə sübuta yetirilib ki,YAP həm də qələbələr partiyasıdır.YAP bundan sonra da Azərbaycan xalqı qarşısında xidmətlərini davam etdirəcək və həmişə Azərbaycan xalqının partiyası olaraq qalacaqdır.
73 N li məktəb Mirəli Babayev