28.10.2022-ci tarixində "Zərərli vərdişlərə birlikdə yox deyək!"

28.10.2022-ci il tarixində "Zərərli vərdişlərə birlikdə yox deyək!"adlı maarifləndirici tədbir keçirilib.

Bu gün məktəbdə "Zərərli vərdişlərə birlikdə yox deyək!"mövzusunda Nərimanov rayon polis əməkdaşlarının XI-X-XI sinif şagirdləri ilə görüşü keçirilib.Nərimanov rayon polis idarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə məktəbin direktoru Füzuli Həsənov, müəllim və şagird kollektivi iştirak edib.Çıxış edən Rayon Polis İdarəsinin rəisi polis palkovniki Vaqif Müslümov narkomaniya psixotrop maddələrin yaratdığı problemlərdən və onların səbəb olduğu fəsadlardan bəhs edib.Polis rəisi qeyd edib ki,yeniyetmələrin zərərli vərdişlərə meyil göstərməsinin qarşısını almaq üçün valideynlər və müəllimlər birgə fəaliyyət göstərməli,məktəblilərin asudə vaxtlarının səmərəli təşkilinə diqqət yetirməlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi