18 oktyabr-Müstəqilliyimizin bərpası gününə həsr olunmuş tədbir
18.10.2022-ci il tarixində məktəbdə "18 Oktyabr-Müstəqilliyin Bərpası Günü"nə həsr olunmuş tədbir keçirildi.Tədbir Müstəqil Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başladı,şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.Daha sonra şagirdlər müstəqilliyə həsr olunmuş şeirlər səsləndirdilər "Can Azərbaycan","Azərbaycan"mahnılarını ifa etdilər.Tədbirin sonunda məktəbin direktoru Füzuli Həsənov çıxış edərək dövlətimizin keçdiyi müstəqillik yolu və müstəqillik dövründə əldə etdiyimiz uğurlar haqqında şagirdlərə məlumat verdi