18 oktyabr "Müstəqillik günü"

Bu gün məktəbimizdə Müstəqillik günü ilə əlaqədar tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Füzuli Həsənov açdı. O bildirdi ki,1918-ci ildə Azərbaycan tarixdə ilk dəfə müstəqillik əldə etmişdir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, birinci dəfə əldə etdiyimiz bu tarixi nailiyyətin ömrü o qədər də uzun olmamışdır.70 ildən sonra xalqımıza yenidən belə bir xoşbəxtlik bəxş olundu,Azərbaycan xalqı 25 il bundan öncə əldə olunmuş bu tarixi hadisəni yüksək dəyərləndirir və bununla qürur hissi duyur. Sonra IX sinif şagirdlərinin mahnıları,şeirləri,dinlənildi,Müstəqil Azərbaycanımız haqqında qısametrajlı film nümayiş etdirildi.