Son zəng

14.0 6.2016-cı il Tarixdə məktəbimizdə son zəng tədbiri keçirildi.Təntənəli düzülüşdən sonra marş sədaları altında Azərbaycanımızın dövlət bayrağı qaldırıldı və dövlət himnimiz səsləndirildi.Məktəbin direktoru F.Həsənov açıq elan edərək dərs ili ərzində əldə olunan naliyətlər və qarşıda duran vəzifələrdən ,H.Əliyev və Azərbaycan təhsilindən, möhtərəm prezidentimiz İ.Əliyevin təhsilə qayğısından ətraflı danışdı.Sonra söz XI verildi.Şagirdlər çıxış edərək öz gələcək işlərindən danışdılar.Valideynlərin və müəllimlərin çıxışları daha yadda qalan oldu. Tədbiri yüksək səviyyədə keçirdiklərinə görə tədbiri təşkil edənlərə təşəkkür edildi.Tədbirin rəsmi hissəsi şən mahnılarla sona çatdı.Sonda çalınan "Son zəng" bütün məzunları kövrəltdi.