“Kiçik tədqiqatçılar” müsabiqəsinin məktəb turu keçirildi

  BŞTİ əmrinə əsasən məktəblərdə ibtidai sinif şagirdləri arasında “Kiçik tədqiqatçılar” müsabiqəsi keçirilir.70 N li məktəb lisey 27 noyabr tarixində  II-IV sinif şagirdlərinin iştirakı ilə təşkil olunan 5 nəfər olmaqla komanda şəklində “Kiçik tədqiqatçılar” müsabiqəsinin məktəb turu keçirdi.Komandalar onlara təqdim olunan mövzular (sağlam həyat-xoşbəxt həyat, təmiz  ətraf mühit, bitkilər həyat mənbəyidir, məktəbimin təbiəti, sağlam qidalanma, fövqəladə hadisələr zamanı davranış qaydaları, məktəbdə ən çox sevdiyim guşə, yol hərəkəti qaydaları və mən, texnoloji yeniliklər, bayramlar və tarixi günlər, mədəni irsimiz) üzrə öz işlərini təqdim etdilər. Komandalar Bitkilər həhat mənbəyidir,Sağlamlıq ,Yol hərəkət qaydaları və mən ,Texnoloji yeniliklər  adı altinda çıxış etdilər.Əsas məqsəd tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların gələcəkdə “Kiçik Akademiya”larda, elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təmsil olunmasını təmin etmək, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə layihələrdə iştirak etmək vərdişlərinin formalaşdırılmasına əlverişli şərait yaratmaqdan ibarətdir.Sonda müdriyyət tərəfindən seçilib fərqlənərək, qalib komanda növbəti rayon turuna göndəriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi