HAQQIMIZDA

70 №-li məktəb-lisey 1967-ci ildən, lisey kimi isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 09.09.1996-cı il tarixli 447 saylı əmri ilə fəaliyyət göstərir. Məktəb öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, Təhsil Qanununu müvafiq qanunvericilik aktlarını, ümumtəhsil məktəblərinin nümunəvi əsasnaməsini, bu Nizamnaməni və digər aidiyyatı normativ sənədləri rəhbər tutur. Məktəb 964 yerlik əsas korpusdan və 840 yerlik II korpusdan ibarətdir. Məktəb bir növbəli və beşgünlük iş həftəsi ilə işləyir. Məktəb liseydə 1-9-cu siniflərdə rus dili fənni intensiv tədris olunur. 3 təmayül üzrə - təbiət, texniki və humanitar fənlər üzrə lisey sinifləri fəaliyyət göstərir. 2007-2008-ci tədris ilində məktəb Azərbaycan Respublikasının Prezidentinin “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olmuşdur. 2012-ci ildə məktəbin əsas korpusu dövlət proqramı əsasında əsaslı təmir olunub.  

İlk dəfə olaraq Bakı şəhəri üzrə 700 bal toplayan məzun bizim məktəbdən olmuşdur. (Babayev Rüfət Yaşar) Məktəb fəaliyyət göstərdiyi illər ərzində 12 nəfər qızıl medala, 17 nəfər isə gümüş medala layiq görülmüşlər. . 1998-ci ildən Bakı şəhəri üzrə “Təhsilin humanisləşdirilməsi ili”nin yekununa görə 1999-cu ildə Heydər Əliyev adına Respublika sarayında yekun nəticələrə görə 70 №-li məktəb-lisey Bakı şəhəri miqyasında “İlin ən yaxşı məktəbi”, 2003/2004-cü tədris ilində isə “Müasir yanaşmaların təşəkkülü ili” çərçivəsində keçirilən “İlin yaradıcı fəaliyyəti ilə fərqlənən ən yaxşı təlim-tərbiyə müəsisəsi” müsabiqələrinin yekun nəticələrinə görə qalıb olmuşdur. 2021/2022 - ci tədris Respublika Fənn müsabiqəsində şagirdlərimiz bürünc medal qazanaraq III yerin, Lütfi Zadə adına Məntiq Olumpiadasında gümüş medal II və bürünc medal qazanaraq III yerin sahibi olmuşdur. 

Mütəmadi olaraq məktəbin fəaliyyətini təmin edən inkişafetdirici rejimdə işləməsinə zəmin yaradan, keyfiyyət göstəricilərinin yüksədilməsinə xidmət edən təşkilati – pedaqoji kompleks tədbirlər həyata keçirilir. Məktəbin pedaqoji kollektivinin hər bir üzvü, ölkədə gedən quruculuq işlərində, eləcə də dövlət rəhbərinin məktəblərə göstərdiyi diqqət və qayğıya cavab olaraq bütün yerli və Beynəlxalq treninqlərdə, konfranslarda, sərgilərdə, kurikulum islahatının uğurla həyata keçməsində iştirak edir. Metodiki işin müasir tələblər səviyyəsində qurulması, qabaqcıl təcrübənin öyrənilməsi, yayılması və işdə tətbiq edilməsi il ərzində həyata keçirilir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi