“Mənimlə danış” kampaniyası çərçivəsində seminarlar keçirilir

 Tədbirlər planına əsasən VI-VIII sinif şagirdləri üçün “Mənimlə danış” kampaniyası çərçivəsində “Bullinq” mövzusunda seminarlarlar keçirilir. 70 Nli məktəb liseydə təşkil olunan seminarın əsas məqsədi sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdan ibarətdir.Məktəb müdriyyəti tərəfindən keçirilən seminarda şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə geniş məlumatlar verilib. “Bullinq” mövzusunda təqdimat geniş müzakirə olunaraq,şagirdlərlə qarşılıqlı diskussiya edildi.Sonda məktəblərdə sağlam mühitin yaradılması ilə bağlı müvafiq müzakirələr aparılıb, “Mənimlə danış” kampaniyasından bəhs edən videoçarx nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi