Ölkəmizi tanıyaq" tur aksiyasında növbəti iştirak

“Ölkəmizi tanıyaq" tur aksiyasında hər il olduğu kimi bu il də 70 N li məktəb-lisey fəal iştirak etmişdir. Belə ki, məktəbimizin XI sinif şagirdi Əliyeva Leyla  və IX sinif şagirdi Paşayeva Mədinə ən fəal və əlaçı şagird kimi tura qatılaraq Gəncə-Göygöl-Şəmkir istiqamətində yola salındı. Öncə İcra Hakimiyyətinin foyesində şagirdlər Ümummilli lider Heyder Əliyevin büstü önünə gül dəstələri düzdülər. Nizami Rayon İcra başçısı Arif Qasımov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova çıxış edərək şagirdlərə xalqımızın milli-mənəvi dəyərlərini qorumağı və əsl vətəndaş kimi böyüməyi tövsiyə etdilər. Daha sonra musiqi sədaları altında şagirdlər onlar üçün ayrılmış avtobusla Gəncə-Göygöl istiqamətinə yola salındı.18 - 21 noyabr tarixini əhatə edən tur gəzinti məktəblilər üçün əvəziolunmaz xoş xatirələrə çevrildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi