Məktəbdə " Zəlzələ zamanı nə etməli? " adlı maarifləndici dərslər keçirilir

Tədbirlər planına əsasən 70 № li məktəb liseydə "Zəlzələ zamanı nə etməli" adlı maarifləndici dərslər keçirilir.01 noyabr tarixində məktəbin "Sağlam təhsil " lahiyəsi üzrə siniflərdən olan 1 C sinfində Adıgözəlova Günel müəllimə dərs cədvəlinə uyğun olaraq Həyat bilgisi dərsində azyaşlı şagirdlərə qisaca olaraq zəlzələ haqqında məlumat verərək,lazımi təlimatlardan bəhs etdi.Sonra məktəblərdə " Zəlzələ zamanı nə etməli? " adlı maarifləndici xarakter daşıyan video rolikə tamaşa edildi.