18 oktyabr tarixində " Müstəqilliyimiz əbədidir " adlı tədbir keçirildi.

18 oktyabr tarixində " Müstəqilliyimiz əbədidir "adlı tədbir keçirildi.Tədbirin bədii hissəsi şagirdlər tərəfindən məktəbin həyətində təşkil olunmuş konsert proqramı ilə başlandı.İşğal olunmuş Qarabağ torpaqlarında kəşfiyyatçı kimi şücaət göstərmiş bir neçə qazilərimiz tədbirə dəvət olunmuşdu.Onlar şagirdlərin şer və musiqi nömrələrinə çox maraqla tamaşa etdilər.Sonra akt zalinda rəsmi hissə keçirildi.Qazilər çıxış edərək vətən sevgisindən, oz timsallarında bütün torpaq yolunda canlarından belə keçən və keçməyə hazır olan igidlərimizdən bəhs etdilər.Bu görüş müəllim və şagird kollektivinə xoş və unudulmaz xatirə oldu.