FHN Bakı Regional Mərkəzi “Fövqəladə hallar zamanı nə etməli?” mövzusunda görüş keçirildi

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi oktyabr ayının 22-də Bakı şəhəri,Nizami rayonu 70 № məktəb liseydə “Fövqəladə hallar zamanı nə etməli?”mövzusunda növbəti maarifləndirmə tədbiri keçirmişdir.Tədbirdə Bakı Regional Mərkəzindən başqa Dövlət Yanğından Mühafizə,Dövlət Yanğın Nəzarəti, Mülki müdafiə qoşunlarının, rayon polis əməkdaşları da iştirak etmişlər.Qonaqlar çıxış edərək tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı,fərdi mühafizə vasitələrindən istifadə qaydaları,məişətdə qaz cihazlarından istifadə edərkən təhlükəsizliyin təmin edilməsi sel və daşqınlar, yol qəzaları,partlayışlar və sairlə bağlı ətraflı məlumat vermişlər.