Şəhidlər Xiyabanı ziyarət edildi

   Nizami rayonu 70 № li məktəb liseyin 5  "C "  sinif şagirdləri sinif rəhbəri, tarix fənn müəllimi Sevda Həmzəyeva tərəfindən  " Şəhidlər Xiyabanı " nı ziyarət etmişlər. Qəhrəmanlıq salnaməsi ilə tarixə iz qoyan , azadliq yolunda canlarından keçən səhidlərimiz bizim üçün hər an əziz və unudumazdı. Şagirdlər zaman zaman istər ailədə istərsə də məktəbə gəldikləri illərdən bəri  "  20 Yanvar  "  hadisələri haqqında eşidir və bu dovrü görmədən belə yaddaşlarına həkk edirlər. Bu gün də  Sevda müəllimə öz sinfinin bu körpə balalarını vətənpərvər ruhda olmaqları üçün həm sinif təşkilat saatlarında həm belə tarixə həkk olmuş günlərdə onlara geniş söhbət açır və bir pedaqoq  və vətəndaş borcunu layiqincə yerinə yetirir. 

   Şagirdlər apardıqları qərənfilləri şəhidlərin məzarı üstə  qoyaraq , hörmətlə yad ediblər. 

  19 yanvar tarixində ilk olaraq məktəbimizin məzun şəhidlərinin xatirə abidəsi yad edildil.Məktəbin dəhlizində siniflər tərəfindən hazırlanmış divar qəzetlərindən ibarət sərgi təşkil  olundu.Tarix fənn müəllimi Nülifər Abbasova  " 20 Yanvar -  Qəhrəmanlıq Salnaməsi " dir mövzusunda cıxış etdi , sonda şagirdlər şer parçaları söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi