41 il Təhsil fədaisi olan - Nazim Qasımov 70 yaşını tamam etdi

Nizami rayon 70 № məktəb liseyin 41 illik rəhbəri sözün əsl mənasında təhsildə öz sözünü demiş Nazim Qasımovun 70 yaşının tamam olması münasibətilə məktəb kollektivi tərəfindən tədbir təşkil edildi. Bir insan ömrünün 41 ilini məhz bu kollektivə həsr edən təhsil fədaisi haqqında deyiləcək söz çoxdur. Rəhbərlik etdiyi dövrdə məktəb daima irəli getmiş ,saysız təhsil uğurları qazanmış , Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2 dəfə " İlin ən yaxşı ümumtəhsil məktəbi " adına layiq görülmüşdü. Fizika elmlər namizədi Nazim Qasımov Azərbaycan Respublikası Prezidenti tərəfindən " Əməkdar Müəllim " adına layiq görülmüşdür.
Məktəb kollektivi adından ona sağlam can və daha uzun illər bizimlə olmağı arzu edirik.