Məktəbdə yol hərəkəti qaydalarına həsr olunmuş maarifləndirici tədbir keçirilib

     Noyabrın 22-də Nizami rayonunda yerləşən 70 sayılı orta məktəbdə yol hərəkəti qaydalarının gənclər arasında təbliğinin gücləndirilməsinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

     Tədbirdə Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova, ADA Universitetinin tələbələri, məktəbin şagirdləri və pedaqoji kollektivi iştirak edib.
Çıxış edənlər belə tədbirlərin keçirilməsində əsas məqsəd yol hərəkətində hərəkətin təhlükəsizliyinin təmin edilməsi, eləcə də təbliğat işlərini gücləndirməklə baş verən yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.
Polis polkovniki Vaqif Əsədov qeyd edib ki, uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsini diqqət mərkəzindədir. Məhz bu məqsədlə yol polisi tərəfindən paytaxt məktəblərində mütəmadi olaraq tədbirlər keçirilir, azyaşlılarla maarifləndirmə xarakterli görüşlər təşkil olunur.

      Məktəbin keçmiş məzunu hal hazırda ADA tələbəsi fəxrimiz olan Vüsal Qəhrəmanov bu tədbirlərin məhz azyaşlı şagirdlər arasında keçirilməsini daha çox faydalı olduğunu bildirdi.O öz tələbə yoldaşları ilə birgə bu mövzunun seçilməsini heç də təsadüfü olmadığını vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi