1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş " Hər uşaq bir çiçək " adli bayram tədbiri keçirildi

  Məktəbin 4 D sinif şagirdləri tərəfindən 1 İyun  Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş  " Hər uşaq bir çiçək " adli bayram tədbiri keçirildi. Tədbir maraqlı və gözoxşayan çıxışlarla zəngin idi. Mövzuya uyğun olaraq uşaqların maraq dünyasına sanki bir səyahət edərək ,müxtəlif ölkələrdən bir sıra musiqi nömrələri  ,səhnəcikləri məharətlə təqdim edildi. Artıq 4 ili- ibtidai təsili geridə qoyan bu şagirdlər öz qabiliyyətləri ,təhsil uğurları ilə artıq yuxarı sinifə hazır olduqlarını nümayiş etdirmiş oldular. Bu yolda onlar üzərində böyük əziyyəti olan ibtidai sinif müəllimi Dilarə müəlliməyə gözaydınlığı verərək,hər zaman belə nümunəvi siniflər təhvil verməyi arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi