Məktəbin 1 D sinif şagirdləri Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olumuş bayram konserti təqdim etdi

     Nizami rayon 70 Nli məktəb liseyin 1 D sinif şagirdləri Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olumuş möhtəşəm bayram konserti təşkil etdi. Konsert tədbiri sanki geridə qalan 1 ilin hesabatı , əldə olunmuş bilik və bacarıqların əyani sübutu idi .Tədbir çox gözəl və rəngarəng ssenaridən ibarət idi. Şagirdlərin sərbəst ,səlist və rəvan çıxışları ,peşəkarcasına səhnəcik və musiqi nömrələri əsl bayram əhval ruhiyyəsindən xəbər verirdi. Bu yolda uşaqların bu ərsiyəyə gəlib çatmasında böyük əziyyəti  və xidməti olan təcrübəli və sevilən ibtidai sinif müəllimi Naibə müəlliməyə çox təşəkkür edirik. Bundan əlavə artıq uzun illərdi bir sıra tədbirlərdə bizə köməklik göstərən peşəkar aktrisa Səbinə xanıma dərin minnətdarlığımızı bildiririk. Ölkə  Prezidentinin son sərəcamına əsasən  " Əməkdar artist " adına layiq görüldüyü üçün Səbinə xanımı məktəb kollektivi adından ürəkdən təbrik edir , ona daha çox sənət uğurları arzu edirik.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi