"Mən tolerantlığı necə başa düşürəm"

12 dekabr 2015- ci il tarixdə 70 №-li məktəb-liseyində "tolerantlıq" mövzusunda geniş bir tədbir keçirildi. Bu tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edirdi.Məktəbin tarix və ədəbiyyat müəllimləri bu tədbirə daha çox maraq göstərdilər.Mövzu haqqında məktəbin IX B sinif şagirdi Dadaşova Yasəmən geniş və çox maraqlı faktlarla məlumat verdi.Mən bu şagirdin məruzəsindən bəzi sətirləri olduğu kimi diqqətinizə çatdırıram."Tolerantlıq-dünyanın geniş mənada müxtəlifliyinə, insanların özünüifadə formalarının və şəxsiyyət formalaşma üsullarının hörmətlə qəbul edilməsidir.Bu nəinki mənəvi borc, həmçinin siyasi və hüquqi tələbatdır. Dini dözümlülük güzəşt yox, ilk növbədə insan hüquqlarının qəbul edilməsi əsasında formalaşan fəal münasibətdir.İftixar hissi ilə qeyd edilməlidir ki, bu gün mütərəqqi, dünyanın başlıca demokratik dəyərlərindən biri kimi təbliğ etdiyi tolerantlıq xalqımızın əsrlər boyu formalaşan və bir çoxları üçün örnək olan xarakterik xüsusiyyətdir.Onu da deməliyik ki, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olması,konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.Onun ikinci dəfə hakimiyyətə qayıdışından sonra tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmlənmiş, bu sahədə dövlət siyasətinin prioritet istiqamətinə çevrilmişdir.Mövzu ətrafında tədbirdə çox maraqlı diskusiyalar oldu.Çox maraqlı fikirlər söylədilər.Məktəbin tarix müəllimi Hüseynov Fəyyaz həm şagirdləri, həm də müəllim kollektivini maraqlandıran fikirlər söylədi.Fəyyaz müəllimin çıxışından bəzi detalları nəzərinizə çatdırıram: "Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən hər bir şəxs vicdan azadlığı hüququna malikdir.Konstitusiyanın 18- ci maddəsinin 1-3 bəndlərində göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır,bütün dini etiqadlar qanun qarşısında bərabərdir,insanlıq prinsipinə zidd olan dinləri yaymaq və təbliğ etmək qadağandır.Ayrı-ayrı dövrlərdə ölkəmizdə bütpərəstlik, zərdüştlük, iudaizm, xristianlıq, islam və bir çox başqa dini cərəyanlar bu və ya digər dərəcədə yayıla bilmiş, bir-birinə qarşılıqlı təsir göstərmişlər.Arxeoloji qazıntılar nəticəsində Xımışlı,Çıraqlıdakı daş bütlər,İsmayıllıdakı antropomorf fiqurlar,Mingəçevirdəki gil heykəllər, "Dədəd Qorquddastanları" ndakı inanclar bütpərəstliyin nümunələridir.Zərdüştlük dini Azərbaycan xalqının tarix və mədəniyyətində silinməz iz buraxmışdır.Zərdüştlükdə odun və od kultununəhəmiyyəti böyük olmuş və bu gün də Azərbaycanda onun izləri yaşamaqdadaır.Bu dinin əlamətlərindən biri də Novruz bayramıdır."Avesta"simvollarının bir çoxu Azərbaycan xalçalarında nümayiş etdirilmişdir.Azərbaycanda 3 yəhudi icması -dağ,Avropa və gürcü yəhudiləri icmaları mövcuddur.Bunlardan dağ yəhudiləri çoxluq təşkil edir.Onların dini iudaizm, dili tat dilidir.2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açılıb.Xristianlıq Azərbaycan ərazisində geniş yayılıb.Bu din provaslavlıq,katoliklik və protestantlıq qolları ilə təmsilo olunmuşdur.Bakıda provaslav kilsəsi 1815- ci ildən fəaliyyət göstərir.Bakıda katolik kilsəsi, incilçi-lüteran kilsəsi fəaliyyətdə olmuşdur.Azərbaycanda islamlaşma 639-cu ildən başlamışdır."Zaqafqaziya çiə və sünni məhəmmədi ruhanilər idarəsi haqqında əsasnamə" 1872- ci ildə Rusiya çarı tərəfindən təsdiq edildi və beləliklə, sünni ruhani idarəsi ( müftilik) və şeyxülislamın sədrliyi ilə şiə ruhani idarəsi yaradıldı.Sünni idarəsində 16,şiə idarəsində 20 qazı var idi.İlk şeyxülislam Məhəmməd Pişnamazzadənin yerinə 1918- ci ildə axund Ağa Əlizadə təyin edilir.1980- cı ildən isə şeyxülislam axund Allahşükür Paşazadə QMİ-nin sədridir".Bu maraqlı faktları tədbir iştirakçıları böyük diqqətlə dinlədilər.Tədbirin sonunda məktəbin direktoru Nazim qasımov öz çıxışı ilə dinləyənləri daha çox təsirləndirdi.Nazim müəllim öz çıxışına Ulu Öndər Heydər Əliyevin sözlərilə başladı:" Hesab edirəm ki,Azərbaycan xalqı özlüyündə , təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir.Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi islam dinində və onun kökündə də tolerantlıq var".Sonra Nazim müəllim ölkəmizdə 1300 məscid, 40 kilsə,sinaqoq,500-dək ziyarətgahların olduğunu nəzər-diqqətinizə çatdırdı və söylədi ki, bütün bunlar Azərbaycan dövlətində tolerantlığın olması xalqımızın dini dözümlüyünün, qardaşlığımızın vəhdətinin simvoludur.Sonda Nazim müəllim bu tədbirin təşkilatçısı məktəbin tərbiyə işləri üzrə müdiri Muradova Ramizə müəlliməyə bütün kollektiv adından öz təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi