"Oxu günü" nə həsr olunmuş yekun tədbirdə Bakı şəhəri ümumtəhsil məktəbləri iştirak etdi

   Təhsil müəssisəsinlərinin iştirakı ilə aprel ayının 26 da " Oxu günü "nə həsr olunmuş yekun tədbir keçirildi.Heydər Əliyev Mərkəzi parkında təşkil olunmuş tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, AMEA-nın, Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak ediblər.

tədbirdə paytaxtın 40-dan artıq ümumtəhsil məktəb və liseyinin şagirdləri, məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaqlar müxtəlif təqdimatlarla çıxış etmiş və bir-birindən maraqlı və dərin məzmunlu təqdimatlar, səhnəciklər və rəsm əsərləri təqdim etdilər.

    Tədbirin əsas məqsədi şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunun təbliğindən ibarətdir.Tədbir məktəblilər və şəhərin qonaqları üçün xoş  istirahətə çevrildi.

    Bu günki tədbirdə 70 Nli məktəb liseyin müəllim və şagird kollektivi də iştirak etdi.Xatirə olaraq gözəl şəkillər çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi