" Oxu günü " tədbiri keçirildi

   Tədbilər planına əsasən aprelin 18-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində “Oxu həftəsi”nə start verilib. Buna uyğun olaraq 70 N li məktəb lisey  aprel ayının 20 də məktəbin 4 A  4 B  4C sinifləri tərəfindən çox maraqlı və rəngarəng tədbir hazırladı.Tədbir  "Oxu günü " nə əsasən həm Azərbaycan Xalq Ədəbiyyatı həm də Dünya Ədəbiyyatından seçilmiş əsərlərdən ibarət olan kiçik səhnəciklər və nəsihət xarakterli cıxışlardan ibarət idi.Burada  Azərbaycan Xalq Ədəbiyyatından " Tıq Tıq xanım" nağılı ,S.S.Axundovun "Qorxulu hekayələr" silsiləsindən  " Qaraca qız " əsəri ,Dünya ədəbiyyatından isə "Qırmızı papaq " nağılı , "Karlson " cizgi filmindən  və s . səhnəciklər şagirdlər  tərəfindən böyük məharətlə təqdim edildi.

   Tədbirin əsas məqsədi şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunun təbliğindən ibarətdir. Sonda " Ana Dilim " adlı şerini söyləyərək, hər kəs əlində dövlət bayrağı havalandırararaq  "Azərbaycan qəlbimdəsən " adlı mahnısını xor şəkildə ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi