"Ölkəmizi taniyaq "maarifləndirici tur aksiyasının Naxçıvan səfəri

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən respublikamızda “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyaları keçirilir. Nizami rayonunda da ölkə başçısının tapşırığına əsasən 26 mart 2018-ci il tarixində “Ölkəmizi tanıyaq” tur aksiyasının iştirakçısı olan IX-IX sinif şagirdləri Naxçıvana yola salınıb.

  Dörd gün davam edən tur-aksiya çərçivəsində şagirdlər Naxçıvan şəhərində Heydər Əliyev Muzeyi, Bayraq Meydanı və Muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq kompleksi, Möminə Xatın və Açıq Səma Altında Muzey kompleksi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey kompleksi, Naxçıvan Dövlət Tarix Muzeyi, “Duzdağ” Fizioterapiya Mərkəzi, Culfa rayonunda “Əlincə qala” Abidə kompleksi, Ordubad rayonunda Ordubad Rayon Tarix Diyarşünaslıq Muzeyi, M.S.Ordubadinin və Y.Məmmədəliyevin Ev muzeyləri, Ordubad Came məscidi, Yeraltı məbəd və Buzxana tarix-memarlıq abidələri, Şahbuz rayonunda Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Batabat Dövlət Qoruğu və Batabat Astrofizika Rəsədxanası, Ağbulaq İstirahət Mərkəzi, Kəngərli rayonunda Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Qarabağlar Memarlıq Kompleksi ilə tanış olmışlar.

Nizami rayonu 70N li məktəb liseyin 10 D sinif şagirdi Məmmədli Nurlan İlham oğlu bu tur aksiyasında iştirak etmişdi.Digər həmyaşıdları kimi Nurlan da bu gəzintidən çox unudulmaz hisslərlə böyük məmnunluqla qayıtmışdi.

 “Ölkəmizi tanıyaq” layihəsi gənc nəslin dünyagörüşünün formalaşmasında, Azərbaycanın tarixi, maddi-mənəvi irsi ilə yaxından tanış olmasında mühüm əhəmiyyət kəsb edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi