Nizami rayonu Gənclər İdarəsi tərəfindən keçirilən Novruz bayramına həsr olunmuş " Folklor müsabiqəsi " ndə II yer qalibi olduq

Nizami rayonu Gənclər İdarəsi tərəfindən 19 mart 2018 ci il tarixində 238 N li məktəbdə Novruz Bayramına həsr olunmuş " Folklor müsabiqəsi " keçirildi. Müsabiqədə Nizami rayonu 70 N li məktəb lisey Milli Rəqs nominasiyasında 4 -cü sinif şagirdi Sultanova Nuriyyə və 5 -ci sinif şagirdi Babazadə Kənan iştirak etdi.Onlar öz ifalarındakı yüksək peşakarlığı ilə münsiflərin çox böyük marağına səbəb oldular. Bütun çıxışları diqqətlə izləyən münsiflər sonda qiymətləndirmə etdilər.Nəticəyə əsasən 70 N li məktəb liseyin 5 E sinif şagirdi Babazadə Kənan I yer qalibi olaraq diplomla təltif edildi. Biz də öz növbəmizdə istedadlı şagirdimizə uğurlar diləyir, əldə etdiyi nailiyyətlərin bol olmasını arzu edirik.