Xocalı soyqırımının   26 ilinə həsr olunmuş anim tədbiri keçirildi

Nizami rayon 70 nömrəli məktəb liseyində 24 fevral 2018 il tarixində Xocalı soyqırımının 26 ilinə həsr olunmuş tədbir keçirildi.

    Səhər saatlarında şagirdlər  məktəbin şəhid məzunlarının  xatirəsinə ucaldan abidəni ziyarət etməklə məktəbə daxil oldular.Məktəb şagirdlərinin Xocalı faciəsinə həsr etdikləri rəsm əsərlərindən ibarət təşkil edilmiş sərgi təqdim olundu.Həmin gün bütün siniflərin təşkilat saatı məhz bu günə -Xocalı faciəsinə həsr olundu.

  Sonra saat 13-də məktəbin akt zalında  Laylay Xocalim Laylay adlı bədii kompozisiya keçirildi. Tədbir məktəbin 5 d ve 5e -sinifin şagirdlərini çıxış ilə başlandı. Şagirdlərin ifasında olan çıxışlar bütün tədbir iştirakçılarına çox böyük təsir etdi. Bu qanlı faciənin görünməyin hətta nağıl kimi eşidən bu körpələr tərəfindən canlandırılmış səhnələr Xocalı acısını, Xocalı dərdini bir daha göynəydi təzələdi.Sonda isə bir daha vurğulandı ki, Azərbaycan xalqı və onun dövləti bir xalq olaraq Xocalı faciəsinin heç vaxt unutmur və unutmayacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi