18 0ktyabr Müstəqillik gününə həsr olunmuş tədbir keçirildi.

Nizami rayonu 70№li məktəb-liseyin 4d sinfi 18 0ktyabr Müstəqillik gününə həsr olunmuş tədbir keçirdi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu. Tədbir dərs formatına uyğun olaraq yeni dərs metodunda elektron lövhə ilə keçirildi. İbtidai sinif müəlliməsi Dilarə Məcidova bu günün əhəmiyyətindən, tarixindən geniş söhbət açaraq şagirdləri tam məlumatlandırdı. Sinif şagirdləri ifasında müxtəlif şeir parçaları tədbirə rəng qatdı. Belə ki, Azərbaycan Dövlətinin müstəqillik yolu bu şagirdlərin timsalında bütün gələcək nəsillərə düzgün çatdırılmalıdır. Bununla bahəm müstəqil dövlət olaraq işğal altında olan torpaqlarımız unudulmamamlı və onların azad olunması üçün hər bir vətəndaş əlindən gələni əsirgəməməlidir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi