Nizami rayon İcra Hakimiyyətində bu ilki tələbə adına layiq görülmüş yüksək bal toplayan tələbələrlə görüş keçirildi.

Nizami rayon İcra Hakimiyyətində bu ilki tələbə adına layiq görülmüş yüksək bal toplayan tələbələrlə görüş keçirildi. 70 №-li məktəb-liseyin 7 şagirdi 600-700 arası bal toplayaraq, həmin tədbirə dəvət olunmuşdular. Bu il Şəkizadə Yaqut- 695 balla I qrupa, Abdullayev Kənan - 671 balla III qrupa, Salamov Tural -667 balla I qrupa, Musayev Hüseyn -635 balla III qrupa, Rəcəbli Ayşən -620 balla III qrupa, Aydəmirov Anar -607balla III qrupa( Polis Akademiyası), Abbasova Əminə - 605 balla III qrupa qəbul olmuşlar. İcra başçısı hörmətli Arif Qasımov yüksək bal toplayan bütün məktəb şagirdlərini təbrik etdi. Həmin tədbirdə Nizami rayonu YAP-in sədri Sədaqət Vəliyeva və MM-in bir neçə deputatları, və s. qonaqlar iştirak edirdi. Onlar da öz çıxışlarında bu tələbələr uğurlar diləyərək onları təbrik etdilər. Daha sonra İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş xüsusi hədiyyələr artıq tələbə adını almış iştirakşılara təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi