Nizami Gəncəvinin "Xəmsə"si məktəb şagirdləri tərəfindən səhnələşdirildi.

Bakı şəhəri Nizami rayonu 70 №-li məktəb-liseyin 4-cü sinif şagirdlərinin ibtidai sinif buraxılış gecəsində Nizami Gəncəvinin "Xəmsə"si həmin sinif şagirdləri tərəfindən səhnələşdirildi. Belə ki, " Xəmsə" yə daxil olan 5 möhtəşəm əsər çox böyük məharətlə tamaşaçılara təqdim olundu. Hər bir əsər ayrı-ayrılıqda öz məzmun və süjet xəttinə görə şagirdlərin çox böyük marağına səbəb oldu. Bundan əlavə Nizami Gəncəvinin " Nəsihətnamə" sindən parçalar da təqdim olundu. Beləliklə, dahi Nizami Gəncəvi yaradıcılığına müraciət etməklə şagirdlərdə elm və təhsilə maraq, yaxşını pisdən secmək, xeyir və şəri ayird etmək , və s. kimi xüsusiyyətləri aşılamağa çalışdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi