“Təhsili dəyərə çevirək” devizi altında “Ekologiya və Sağlamlıq” istiqamətində Ekoloji Aylıqlar layihəsi çərçivəsində aprel ayı üçün tədbir keçirildi

Bakı şəhəri Nizami rayonu 70 saylı məktəb-liseydə“Ekoloji aylıqlar” layihəsi çərçivəsində növbəti “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusuna həsr olunmuş tədbir həyata keçirildi. Tədbirin keçirilməsinə VI, VII, VIII sinif şagirdləri də qoşulmuşlar. Tədbir məktəbin Akt zalında keçi-rilmişdir. Tədbirdə VI, VII, VIII sinif şagirdləri ədəbi-bədii kompozisiya nümayiş etdirdilər. Onlar Azərbaycanın təbii sərvətlərini əks etdirən şəkillərdən və materiallardan ibarətolan sərgilər nümayiş etdirdilər. Sərgidə müxtəlif növ kristallardan , daş duz, mərmər və s ibarət olan əyani materiallar, müxtəlif bitki növlərini əks etdirən şəkillər göstərildi. Tədbirdə məktəbin bir çox müəllimləri də iştirak etdi. Onlar da mövzuya aid olan öz fikirlərini dedilər. Tədbirin sonunda məktəbin müəllimi Cəfərova Kəmalə mövzuyla əlaqədar çıxış etdi. O öz çıxışında Azərbaycanın təbii sərvətlərindən, biomüxtəlifliyindən ətraflı danışdı. Çıxışın sonunda Kəmalə müəllimə bildirdi ki ; “Bütün bu malik olduğumuz yeraltı və yerüstü sərvətləri biz elə qorumalıyıq ki, bunlar gələcək nəslə lazımi səviyyədə çatsın”.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi