"Google SketchUp proqramında ən yaxşı üçölçülü model-2017" müsabiqəsində respublika məktəbliləri arasında 4-cü yerə layiq görüldük

09.04.2017-ci il tarixində Bakı Modern Təhsil Kompleksində həmin kompleksin nəzdində olan İnnovativ Təhsil Texnologiyaları Mərkəzinin dəstəyi və rəhbərliyi ilə respublika məktəbliləri arasında "Google SketchUp proqramında ən yaxşı üçölçülü model-2017" respublika müsabiqəsi keçirilmişdir. Müsabiqədə Bakı və Sumqayıt məktəblərindən 56 şagird, Azərbaycan rayonlarından isə 52 şagird iştirak edirdi. 30.04.2017-ci il tarixində Bakı Modern Təhsil Kompleksində "Google SketchUp proqramında ən yaxşı üçölçülü model-2017" müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir. Nizami rayonu 70 saylı məktəb liseyin 7"E"sinif şagirdi Əsədli Qumru sözügedən müsabiqədə iştirak etmiş və respublika məktəbləri arasında 4-cü yerə layiq görülmüşdür.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi