Bakı Ali Neft Məktəbi ilə görüş keçirildi

Nizami rayonu 70 saylı məktəb-lisey Bakı Ali Neft Məktəbin nümayəndələri ilə görüş keçirdi. Həmin məktəbin nümayəndələri artıq profilləşmiş və öz istiqamətini müəyyən etmiş yuxarı sinif şagirdləri ilə geniş müzakirələr etdilər. İxtisas seçimində daha dəqiq və diqqətli olmaq məsləhət görüldü. Beləki, həqiqətən ixtisas seçimində bilik və bacarıqla yanaşı istək və şəxsi potensial əsas aparıcı qüvvədir. Bakı Ali Neft Məktəbinin nəzdində olan fakültələrlər haqqında daha geniş məlumatlar verildi. Nizami rayonu 70 saylı məktəb liseyin ötən ilki məzunlarından olan Vüqar Həzənzadə Elbrus oğlu hal-hazırda Bakı Ali Neft Məktəbinin tələbəsidir. O, Təhsil aldığı məktəb haqqında geniş və ürəkaçan sözlərlə çıxış edərək bu ilki məzun olacaq şagirdlərə öz arzu və istəklərini bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi