Biz səninlə fəxr edirik.

Elfim Şahmat Akademiyasında keçirilən " Bilik Yarışı"nda 3-cü siniflər arasında göstərdiyi yüksək nəticəyə görə I yerə layiq görülmüş Vəlizadə Məhəmməd Əli oğlu Bakı şəhəri Nizami rayonu 70 №-li pilot-lisey məktəbin 3a sinfində oxuyur. Sərbəst düşüncəli şagirddir, nitqi ifadəli, hafizəsi yaxşıdır. Müstəqil işləməyi bacarır. Yenilikləri öyrənməyə meyillidir. Məntiqi düşünmə bacarığı güclüdür, təfəkkürü yaradıcıdır. Yoldaşları ilə düzgün ünsiyyət qura bilir. Bundan əlavə, tar musiqi alətində sərbəst ifa edir, akrobatika idman növü ilə məşğul olur. Bu sahələrdə də bir çox yarışlarda iştirak etmiş, qaliblər sırasına daxil olmuşdur. Kiçik yaşda bu qədər uğur qazanan istedadlı şagirdimizlə fəxr edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi