Bakı Şəhəri Nizami rayonu 70 N-li məktəb-lisey üzrə “ Təhsili Dəyərə Çevirək” devizi altında “Ekologiya və Sağlamlıq” istiqamətində “Ekoloji aylıqlar” layihəsi keçirildi.

2016-2017-ci tədris ilində BŞTİ-nin təşəbbüsü ilə onun tabeliyində olan bütün ümumtəhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsi altında müxtəlif tədbirlər həyata keçirilməsi planlaşdırılmışdır. Fevral ayı üçün isə “Ekoloji mədəniyyət və incəsənət”. Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası mövzusunda araşdırmalar nəzərdə tutulmuşdur .Bakı şəhəri 70 N-li məktəb-liseydə bu layihəyə qoşulmuş və məktəbdə “Ekoloji mədəniyyət və incəsənət.Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusuna həsr olunan tədbir həyata keçirilmişdir.Tədbirə məktəbin VI, IX və ibtidai sinif şagirdləri də qoşulmuşlar.Tədbir məktəbin Akt zalında keçirilmişdir.Tədbirdə Azərbaycanın hal-hazırki ekoloji vəziyyəti və problemləri , bunları törədən səbəblər və bu problemlərin həlli yolları haqqında axtarışların aparılması və s haqqında çıxışlar edildi. Məktəbin əsasən biologiya müəllimləri M.Sevil və C.Kəmalə məruzələrlə çıxış edərək göstərdilər ki, bir çox insanların fəaliyyəti nəticəsində atmosferə, hidrosferaya, litosferaya çox böyük ziyan dəymişdir. Bir çox zavodlarda , fabriklərdə , müxtəlif məişət , xidmət idarələrində insanların səhvi nəticəsində və ya zəif texnologiyanın tətbiqi, insanların öz vəzifələrinə laqeyd münasibəti və ekoloji mədəniyyətin aşağı olması nəticəsində torpağa, suya, atmosferə çox böyük zərərli maddələr, tullantılar axıdılır. Bütün bunların nəticəsində torpaqda, suda və atmosferdə zərərli maddələrin miqdarı çoxalır və bunlarda təmizlik dərəcəsi insanların və bütün canlıların yaşayış səviyyəsinə tələb olunan normadan aşağı düşür.Nəticədə bir çox canlılarda müxtəlif xəstəliklər, insan və heyvanlarda bir çox xarici qüsurlar, bitkilərdə boy normasının aşağı düşməsi, meyvələrində toksiki maddələrin çoxalması və s baş verir. Bunların nəticəsi olaraq insanlarda genetik dəyişmələrin baş verməsi əmələ gəlir.Onlardan xilas olmaq üçün yuxarıda göstərilən çatışmamazlıqları aradan qaldırmaq naminə hər birimiz mübarizə aparmalıyıq. Bunlardan əlavə müəllimlər öz çıxışında Azərbaycanın gözəl və zəngin təbiətindən, onun yeraltı və yerüstü təbii sərvətlərindən, diqqəti cəlb edən tarixi abidələrindən, göz oxşayan və suları min bir dərdə dərman olan gözəl bulaqlarından, başıqarlı uca dağlarından, təmiz havası ilə seçilən meşələrindən danışdılar.Sonra qeyd olundu ki, dünyada mövcud olan 11 iqlim qurşağının 9-u məhz Azərbaycandadır.Bu iqlim qurşaqlarının Azərbaycandan keçməsi təbiətimizin daha da zəngin olmasına şərait yaradır. Ulu babalarımızdan miras qalan bu zənginliyi qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaq hər bir vətəndaşın müqəddəs borcudur.Çıxışdan sonra məktəb şagirdlərinin “Ekoloji mədəniyyət və incəsənət” mövzusunda hazırladıqları səhnəciklər göstərildi.Səhnəcikdə əsasən təbiətə ziyan verən qara qüvvələrin hərəkətlərindən , mövqeyindən kiçik fraqmentlər nümayiş etdirildi və bunların əksinə olaraq təbiıəti qoruyan, onun qayğısına qalan , bu qara qüvvələrin hərəkəti nəticəsində yaranan ekoloji problemləri aradan götürən sağlam qüvvələr də verilmişdir.Sonra səhnəcikdə şagirdlər bədii ədəbiyyatımızda ətraf aləmi və təbiəti əks etdirən şeirlər, tapmacalar söylədilər.VI sinif şagirdləri Azərbaycanın təbiətində yetişən güllərdən və özlərinin hazırladıqları əl işlərini sərgidə nümayış etdirdilər.Səhnəcik sağlam qüvvələrin qalibiyyəti ilə sona yetdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi