Anım gününə həsr olunmuş dəyirmi masa

Məktəb lisey 27 Sentyabr "Anım Günü " tədbirlər planına uyğun olaraq ilə tarix fənn müəllimi Günel Babayeva tərəfindən 9B və 9D sinif şagirdləri ilə dəyirmi masa keçirilmişdir.
Öncə 27 sentyabr tarixindən bəhs edən videoçarx izlənilmiş,daha sonra şagirdlər hazırladıqları təqdimatlardan çıxışlar etmişlər.Aprel döyüşləri,Tovuz döyüşləri,iyun hadisələri,General Polad Həşimovdan başlayan,sonu isə 44 günlük Zəfər tarixi ilə dünyaya səs salan "Şanlı Tarix" ə nəzər salınmışdır.
Ali Baş Komandan Ilham Əliyevin xarici və daxili siyasəti,güclü strategiyası və ətrafında cəm olan Rəşadətli Ordumuz və onu sevən mülkü əhalinin şücaətindən qürurla danışıldı.Məzun Şəhidlərimizin timsalında bütün şəhidlərin xatirəsi böyük ehtiramla yad edilmiş,qazilərə şəfa arzu edilmişdir.Yekunda şagirdlər " And içririk unutmarıq,unutdurmarıq " şüarını səsləndirmişlər.
#70ML
#27sentyabr
#AnımGünü