Xocalı soyqrımının25 ilinə həsr olunmuş anim tədbiri keçirildi.

Nizami rayon 70 nömrəli məktəb liseydə 25 fevral 2017 il tarixində Xocalı soyqırımının 25 ilinə həsr olunmuş tədbir keçirildi. Səhər saatlarında şagirdlər məktəbin şəhid məzunlarının xatirəsinə ucaldılan abidəni ziyarət etməklə məktəbə daxil oldular.Məktəb şagirdlərinin Xocalı faciəsinə həsr etdikləri rəsm əsərlərindən ibarət təşkil edilmiş sərgi təqdim olundu.Həmin gün bütün siniflərin təşkilat saatı məhz bu günə -Xocalı faciəsinə həsr olundu. Sonra saat 13-də məktəbin akt zalında "Orda bir yaşıl kənd varıydı"adlı bədii kompozisiya keçirildi. Tədbir məktəbin 4"D"sinif şagirdlərinin çıxış ilə başlandı.Şagirdlərin ifasında olan çıxışlar bütün tədbir iştirakçılarına çox böyük təsir etdi. Bu qanlı faciəni görünməyin hətta nağıl kimi eşidən bu körpələr tərəfindən canlandırılmış səhnələr Xocalı acısını, Xocalı dərdini bir daha göynətdi,təzələdi. Sonda isə bir daha vurğulandı ki, Azərbaycan xalqı və onun dövləti bir xalq olaraq Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi